"Neftçi"nin 5 üzvü milliyə getdi
Qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.
"Mediasport" xəbər verir ki, hazırlıq oktyabrın 13-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq.
Son ölkə çempionu “Neftçi”nin 6 üzvü düşərgəyə yollanıb.
Günay İsmayılova, Manə Mollayeva, Vüsalə Seyfəddinova, Jalə Məhsimova, Sona Rəhimova və Mədinə Curuqova qarşıdakı günlərdə baş məşqçi Siyasət Əsgərovun sərəncamında olacaq.

