"Araz-Naxçıvan" Türkiyə klubunun qapısından 14 cavabsız top keçirdi

"Araz-Naxçıvan" Türkiyə klubunun qapısından 14 cavabsız top keçirdi

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, komandamız “Bayburtspor”la üz-üzə gəlib.

Görüş təmsilçimizin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.

Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.