"Şəfa"da yeni baş məşqçi - RƏSMİ
Yeni mövsümdə Premyer Liqada yarışacaq “Şəfa”nın baş məşqçisi məlum olub.
"Mediasport" xəbər verir ki, Elgiz Kərəmlini istefaya göndərən paytaxt təmsilçisi Zaur Həşimovla anlaşıb.
Klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, futbolçu kimi “Şəfa”nın formasını geyiniş Həşimov 2000/01 mövsümündə Azərbaycan Kubokunu qazanıb.
O, “Qəbələ” və “Zirə” klublarında çalışıb, Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.


