Bəxtiyar Musayev: "Bu iş mənə yad olmadığı üçün təklifi qəbul etdim"

Bəxtiyar Musayev: "Bu iş mənə yad olmadığı üçün təklifi qəbul etdim"

"Təklif AFFA-nın baş katibi Cahangir Fərəcullayevdən gəldi. Təşəkkür edirəm ki, məni belə bir məsuliyyətli işə təyin etdilər".

Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycanın veteran futbolçusu Bəxtiyar Musayev deyib.

AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinə rəis təyin olunan mütəxəssis əməkdaşlığın necə reallaşdığından, gələcək planlardan danışıb:

"Bu iş mənə yad olmadığı üçün təklifi qəbul etdim. Çalışacam ki, Azərbaycan futboluna xeyirim dəysin. İnşallah, vəzifəmin öhəsindən layiqincə gəlmək üçün bacardığımı edəcəyəm. Söhbət milli komandalardan gedirsə, burada işləmək həm qürürvericidir, həm də məsuliyyət ikiqat çoxdur".

B.Musayev bildirib ki, çətinlikdən, işin ağırlığından çəkinmir:

"Bu mənim sevdiyim peşədir, məsuliyyətdən heç vaxt çəkinməmişəm. İşlədiyim yerdə vəzifəmi layiqincə yerinə yetirmə çalışmışam. Bundan sonra da maksimum gücümlə çalışacağam. Allah utandırmasın".

Qeyd edək ki, 1997-2006-cı illərdə Azərbaycanın A milli komandasının heyətində 20 oyun keçirmiş sabiq yarımmüdafiəçi 2010-2015-ci illərdə "Neftçi"nin seleksiyaçı-məşqçisi olub.