Qəbələdə sevinən tərəf yenə Qazaxıstan futbolçuları olacaq?

Qəbələdə sevinən tərəf yenə Qazaxıstan futbolçuları olacaq?

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 17:30-da başlanacaq.

Xatırladaq ki, komandalar arasında baş tutan ilk oyunda Qazaxıstan millisi qələbə qazanıb (5:2).