"Şamaxı"da 15-ci ayrılıq - RƏSMİ
"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu braziliyalı Sezar Enrike ilə vidalaşıb.
25 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
"Sambaçı" Azərbaycana ölkəsinin "Kaşiaz" klubundan keçmişdi.
Onadək "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Bilal İsmayılov tərk edib.
Beləliklə, "Şamaxı"dan gedən futbolçuların sayı 15-ə çatıb.


