"Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin "Pafos" klubunda vurduğu ilk qolu qeyd edib.
"Mediasport" xəbər verir ki, 20 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında post paylaşıb:
"Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram.
Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, "Pafos".
Qeyd edək ki, yığmamızın futbolçusu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la cavab matçında baxımlı qolla hesabı bərabərləşdirsə də, komandası ilk dueldəki məğlubiyyətə görə Avroliqa ilə vidalaşıb.
"Pafos" mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.


