Dövlətin Premyer Liqa klublarına yardım kimi verdiyi pul azaldıldı

Dövlətin Premyer Liqa klublarına yardım kimi verdiyi pul azaldıldı

AFFA-nın 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ məlum olub.

"Mediasport" xəbər verir ki, bu barədə qurumun Hesabat Konfransında bildirilib.

Məbləğ əvvəlki qaydada, 30 milyon olacaq. Liqada klub sayı artırılacağından vəsait 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.

Beləliklə, dövlət tərəfindən hər kluba illik 2,5 milyon manat köçürüləcək.

Daha əvvəl bu rəqəm 3 milyon manat idi.