Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən çıxarıldı

Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, Nəriman Axundzadə yığmanın heyətindən çıxarılıb.

Buna forvardın zədə alması səbəb göstərilib.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.