Qurban Qurbanov və futbolçuları həmin dayı ilə görüşdü - FOTOLAR

Qurban Qurbanov və futbolçuları həmin dayı ilə görüşdü - FOTOLAR

"Qarabağ" daha bir azarkeşinə qarşı təqdirəlayiq addım atıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu uzun müddətdir baş məşqçi Qurban Qurbanovla görüşmək arzusunda olan Akif adlı azarkeşi bazaya dəvət edib.

Arzusuna çatan qonaq Suraxanıda yerləşən "Azərsun Arena"da baş məşqçi ilə yanaşı, futbolçularla da görüşüb, onlarla şəkil çəkdirib.

Sonda qonağa komandanın forması həfiyyə olunub.

Qeyd edək ki, sosial şəbəkədə video paylaşaraq Qurban Qurbanovlla görüşmək arzusunda olduğunu bildirən ağsaqqal "Qarabağ"ın oyunları üçün hər dəfə rayondan Bakıya gəldiyini qeyd edirdi.