İş adamı bütün sərvətini "Santos"un hücumçusu Neymara vəsiyyət etdi

  İş adamı bütün sərvətini "Santos"un hücumçusu Neymara vəsiyyət etdi

Neymara azarkeşlik edən bir iş adamı bütün sərvətini braziliyalı futbolçuya vəsiyyət edib.

"Mediasport" xəbər verir ki, sahibkar bu proseduru iki şahid və bir məmurun iştirakı ilə notariusda rəsmiləşdirib.

Həmin sənəddə iş adamının bütün sərvətinin yeganə varisi olaraq "Santos"un hücumçusunun adı qeyd olunub.

Maraqlıdır ki, mirasın məbləği açıqlanmayıb.