CEV Çempionlar Liqasında 3-cü raund: "Xilasedici" məğlub oldu
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bakıda Sloveniyanın “ACH Volley" kollektivini qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 1:3 (20:25, 18:25, 26:24, 20:25).
Komandalar arasında cavab matçı noyabrın 26-da Sloveniyanın paytaxtı Lüblyanada baş tutacaq.
Xatırladaq ki, təmsilçimiz əvvəlki raundda "Sportinq"i (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

