Ruslan İspaniyada Madrid "Real"ının əfsanəsi ilə görüşdü

Ruslan İspaniyada Madrid "Real"ının əfsanəsi ilə görüşdü

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov İspaniyada təcrübə keçib.

"Mediasport" xəbər verir ki, "Araz-Naxçıvan"ın akademiyasında çalışan, həm də fərdi fəaliyyət göstərən veteran yarımmüdafəçi Madriddə "Real"ın bazasında qonaq olub.

O, "kral klubu"nun sabiq braziliyalı ulduzu Marselo ilə görüşüb.

R.Əmircanov səfər təəssüratlarını bölüşüb:

“Real Madrid” akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim.

Uşaqların məşqə yanaşmaları, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar fərqlidir. Yaşlarının az olmasına baxmayaraq peşəkarlıqlarını gördüm”.