950 qol vuran ilk futbolçu oldu - Ronaldodan növbəti REKORD

950 qol vuran ilk futbolçu oldu - Ronaldodan növbəti REKORD

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo növbəti rekorda imza atıb.

"Mediasport" xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda davam etdirən superulduz rəsmi oyunlarda 950 qol vuran ilk futbolçu kimi tarixə düşüb.

40 yaşlı hücumçu buna Pro Liqanın 6-cı turunun "Əl Həzm"lə görüşündə nail olub.

Portuqaliyalı əfsanədən sonra ən çox qol vuran argentinalı Lionel Messinin hesabında 891 qol var.