ÇL-də 5 tur keçdi: "Qarabağ"ın turnir cədvəli mövqeyi dəqiqləşdi

ÇL-də 5 tur keçdi: "Qarabağ"ın turnir cədvəli mövqeyi dəqiqləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın bu ana olan yekun mövqeyi müəyyənləşib.

7 xalı olan Qurban Qurbanovun komandası 19-cu sırada qərarlaşıb.

İlk "24-lük" şansları yüksək olan "atlılar" növbəti görüşünü dekabrın 10-da Bakıda autsayder "Ayaks"a qarşı keçirəcəklər.

Niderland təmsilçisi 5 turdan sonra 0 xalla sonuncudur.

36 komandalı Liqa mərhələsinə maksimum nəticə - 15 xalla "Arsenal" başçılıq edir.