Donald Trampa verilən mükafatı Elxan Məmmədovun atası hazırlayıb
Dünən futbol üzrə DÇ-2026-nın Vaşinqtonda keçirilən püşkatma mərasimində ABŞ prezidenti Donald Trampa təqdim edilən FİFA Sülh mükafatı maraq doğurub.
"Mediasport" "Modern"ə istinadən xəbər verir ki, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir.
O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.
Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.

