"Qarabağ"ın üzvləri Şuşada sakinlərlə görüşdülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın Qarabağ bölgəsinə səfəri başlayıb.
Ağdam komandasının rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları ilk olaraq Şuşada sakinlərlə görüşüblər.
Şuşa şəhəri 1 saylı tam orta məktəbdə reallaşan görüşdə komanda alqışlarla qarşılanıb. Həm Qurban Qurbanov, həm də futbolçular sakinlərlə səmimi söhbət edib, şəkil çəkdiriblər.
Sonra məktəbin minifutbol meydançasında futbolçular topla müxtəlif hərəkətlər nümayiş etdiriblər.
Komanda üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də analoji görüşlər keçirəcəklər.