Elçin Məsiyev UEFA Avropa Liqası oyunu üçün Sloveniyaya yollanır
FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, liqa mərhələsinin II turunda Sloveniyada “Çelye” və Kiprin “Omoniya” komandası arasında keçiriləcək matçı idarə edəcək.
Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Görüş oktyabrın 15-də keçiriləcək.

