"Qarabağ"dan qadın azarkeşlərinə JEST - BİLET PULSUZ OLACAQ
“Qarabağ” qadın azarkeşlərinə jest edib.
"Mediasport" xəbər verir ki, komandalarına dəstək olmaq istəyən zərif cinsin nümayəndələri Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunu üçün QR biletləri ödənişsiz əldə edə bilərlər.
Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:
Heydər Əliyev Sarayının kassası;
28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.
QR biletləri qarşılaşmanın keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da götürmək mümkün olacaq.
Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək.
Noyabrın 29-da “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlanacaq.

