2-ci Bundesliqada tura Mahirin komandasının oyunu ilə start verilir

Bu gün Almaniya 2-ci Bundesliqasında 3-cü tura start veriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin komandası "Kayzerslautern" bu gün "Elversberq"lə qarşılaşacaq.
Mahirin formasını geyindiyi klub bu mövsüm çempionatın ilk matçında məğlub olub, 2-ci turda isə "Şalke"ni məğlub edib.
Turun açılış matçı olan "Elversberq" - "Kayzerslautern" oyunu Bakı vaxtilə saat 20:30-da start götürəcək.
Xatırladaq ki, "Kayzerslautern" yarışın turnir cədvəlində 3 xalla 10-cu pillədə qərarlaşıb.