"Qarabağ"la qarşılaşmadan öncə çətin qələbə qazandılar - VİDEO
UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi ÇSKA Bolqarıstan çempionatında 2-ci tur oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Xristo Yanevin rəhbərlik etdiyi paytaxt klubu "Botev"i qəbul edib.
Görüş Sofiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Xatırladaq ki, ÇSKA - "Qarabağ" matçı iyulun 30-da, Bakı vaxtilə saat 22:00-da start götürəcək.

