Elvin: "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm"
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev uzun müddətdən sonra əsas komandada meydana çıxması ilə bağlı təəssüratlarını bölüşüb.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Millimizinü zvü azarkeşlərə təşəkkürünü çatdırıb:
“Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram.
Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”.
Xatırladaq ki, Elvin ötən mövsümün sonlarında daxili intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas heyətdən kənarlaşdırılmışdı.
O, dünən UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda İslandiyanın "Vestri" klubu ilə matçın 65-ci dəqiqəsində meydana çıxıb.


