Millimiz Avropa çempionatında pley-off mərhələsinə yüksəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. B Liqasının B qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.
"Mediasport" xəbər verir ki, Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb.
Yığmamız bu raundda Norveç futbolçuları ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.


