"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək - RƏSMİ

"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək - RƏSMİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyun cədvəli müəyyənləşib.

Peşəkar Futbol Liqasından "Mediasport"a verilən məlumata görə, tur 3 oyun gününü əhatə edəcək.

Mərkəzi görüş "Sabah" - "Qarabağ" qarşılaşması "Dalğa Arena"da keçiriləcək.

Oktyabrın 9-da "Dalğa Arena"da PFL tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək.


Azərbaycan Premyer Liqası. 9-cu tur


23 oktyabr

15:00. "Araz-Naxçıvan" – "Qəbələ"

Şamaxı şəhər stadionu

19:00. "Zirə" – "Sumqayıt"

Zirə İdman Kompleksinin stadionu


24 oktyabr

16:30. "Şəfa" – "Kəpəz"

"SOCAR Polymer Arena"

19:00. "Neftçi" – "Turan Tovuz"

"Palms Sports Arena"


25 oktyabr

15:00. "İmişli" – "Şamaxı"

Yevlax şəhər stadionu

18:00. "Sabah" – "Qarabağ"

"Dalğa Arena"