Yığmalarımız 3-cü yeri tutdular
16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Estoniyanın Kaariku şəhərində Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib.
"Mediasport" xəbər verir ki, B qrupunda mübarizə aparan yığmamız Estoniya, Ukrayna və Litva yığmaları ilə qarşılaşıb.
U-16 qrup mərhələsində Litva üzərində 3:1 hesablı qələbə qazanıb, Ukraynaya 1:3, Estoniyaya isə 2:3 hesabı ilə məğlub olub.
A qrupunda Polşa, Gürcüstan və Finlandiya milliləri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Gürcüstanla qarşılaşan Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Çempionatın finalında Polşa millisi Ukrayna yığmasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.
Oğlanlardan ibarət U-16 isə Latviyanın paytaxtı Riqada analoji yarışa qatılıb.
B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan millimiz hər iki oyunda məğlub olub - 0:3 və 1:3.
A qrupunda Polşa, Estoniya və Ukrayna milliləri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna millisi ilə qarşılaşan komandanız rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Polşa millisi Latviya yığmasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub və 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa yüksəlib.



