"Sabah"ın futbolçusu keçmiş klubuna qayıtmaq arzusundadır

"Sabah"ın futbolçusu keçmiş klubuna qayıtmaq arzusundadır

“Sabah”ın futbolçusu Tımoteuş Puxaç gələcəkdə “Lex”ə qayıtmaq istədiyini bildirib.

"Mediasport" xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə Polşanın “Meczyki” nəşrinin “YouTube” kanalına müsahibəsində danışıb.

O, peşəkar karyerasına başladığı Poznan klubuna geri dönməyi arzuladığını bildirib:

“Əlbəttə, “Lex”ə qayıtmaq istəyərdim. Bunun üçün çalışacağam. Bu klub inanılmaz dərəcədə inkişaf edir.

Mən orada klubun çətin dövründə oynayırdım. Birlikdə həmin vəziyyətdən çıxmağa çalışdıq, gənc futbolçuları yetişdirərək yaxşı oyunçulara çevirdik və Avropa Liqasına vəsiqə qazandıq”.

Qeyd edək ki, Puxaç "Lex"in heyətində 82 oyun keçirib, 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Polşa millisinin üzvünün ötən ilin sentyabrından formasını geyindiyi "Sabah"la müqaviləsi 2029-cu ilədək qüvvədədir.