Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin açılışı oldu

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin açılışı oldu

Bakı Tennis Akademiyasının dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, komandaların təqdimatından sonra Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə çıxış edərək turnirin ənənəvi hal aldığını deyib.

O, qeyd edib ki, bu cür turnirlərin idmanın kütləviləşməsində xüsusi rolu var.

Sonra ötənilki yarışdan ən maraqlı görüntülər nümayiş etdirilib.

Tədbir bədii hissə, aykidoçuların və kapoeyraçıların nümunəvi çıxışları ilə davam edib.

Qeyd edək ki, turnirdə 40 dövlət qurumunun komandaları mübarizə aparacaq.