Fuad Ağayev İstanbulda Avropa çempionatı matçlarında olacaq
Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadın voleybolçuların Avropa çempionatına təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi A qrupunun oyunlarında iştirak edəcək.
Həmyerlimiz 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq bu qrupun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi meydana çıxacaq.
Xatırladaq ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.


