Millimizin çalışdırıcısı yeni yaradılan klubun baş məşqçisi oldu

Millimizin çalışdırıcısı yeni yaradılan klubun baş məşqçisi oldu

Azərbaycanda yeni qadın voleybol klubu yaradılıb.

"Mediasport" xəbər verir ki, paytaxtı təmsil edəcək "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib.

Növbəti mövsümdən Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq komandanın prezidenti Şərəf Yüksəldir.

İddialı olacağı deyilən klubu kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov çalışdıracaq.

Bir neçə tanınmış yerli və əcnəbi voleybolçu ilə müqavilə bağlayan "DH Volley Baku"nun kapitanı Azərbaycan yığmasının üzvü, "Azərreyl"lə bu mövsüm çempionluq yaşayan Aynur İmanova olacaq.