Federasiyanın baş katibi DGK-də yüksək vəzifəyə təyin olundu

Federasiyanın baş katibi DGK-də yüksək vəzifəyə təyin olundu

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov Dövlət Gömrük Komitəsində (DGK) yüksək vəzifəyə təyin olunub.

"Mediasport" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

F.Orucov DGK-də Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edəcək.

Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti DGK-nın sədri Şahin Bağırovdur.

Faiq Orucov daha əvvəl Azərbaycan Güləş Federasiyasında da baş katib vəzifəsində işləyib.