Nərgiz İsmayılova Avropa Gümüş Liqası oyunlarına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) koordinatoru Nərgiz İsmayılova növbəti dəfə Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, kişi voleybolçular arasında Avropa Gümüş Liqasının oyunlarında iş başında olacaq.
N.İsmayılova iyunun 27-29-da Gürcüstanın Tbilisi şəhərində keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq yığmaları mübarizə aparacaqlar.