"Şamaxı" və "Kəpəz"dən sonra "Sumqayıt"ı da məğlub etdilər

Premyer Liqa hazırlığını davam etdirən "Qəbələ" “Sumqayıt”la yoxlama oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda 1 qol vurulub.
Meydan sahiblərinin qələbə topunun müəllifi Domi Massumo olub.
Xatırladaq ki, bu, Kaxaber Çxadadzenin baş məşqçisi olduğu kollektivin mövsümlərarası fasilədə üçüncü qələbəsidir.
Şimallılar daha əvvəl “Şamaxı” (2:1) və “Kəpəz”ə (2:0) qalib gəliblər.