"Neftçi"dən ölkə çempionatları tarixində 100-cü heç-heçə

"Neftçi"dən ölkə çempionatları tarixində 100-cü heç-heçə

"Neftçi" klubu Azərbaycan çempionatları tarixində 100-cü dəfə qolsuz heç-heçəyə imza atıb.

Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından məlumat verilib.

Misli Premyer Liqasının XVII turunda "Zirə" ilə keçirilən ev görüşü (0:0) "ağ-qaralar" üçün yubileylə əlamətdar olub.

Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız 107 belə matçı olan "Qarabağ"dan geri qalır.

"Neftçi"nin ilk 0:0 hesablı oyunu 1993-cü il martın 6-da "Turan"la ev qarşılaşmasına təsadüf edib.

Cari mövsümdə 4-cü dəfə belə nəticə qeydə alınıb.

Komanda ümumilikdə 50 dəfə evdə, 49 dəfə səfərdə və 1 dəfə neytral meydanda qolsuz heç-heçəyə imza atıb.