İngiltərə Premyer Liqası klubları transferlərə 3,46 milyard xərclədi
Futbol üzrə İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsində transferlərə rekord məbləğdə pul xərcləyiblər.
"Mediasport" Britaniya mətbuatına istinadən xəbər verir ki, yeni oyunçu keçidləri üçün 3,46 milyard funt sterlinq (4,04 milyard avro) vəsait sərf olunub.
Ötən yay bu rəqəm 3,14 milyard funt sterlinqə (3,66 milyard avro). bərabər idi.
Yayın ən bahalı keçidləri Enso Fernandesin “Çelsi”dən “Mançester Siti”yə (125 milyon funt sterlinq), Morqan Rocersin “Aston Villa”dan “Çelsi”yə (117 milyon funt sterlinq), Elliot Andersonun “Nottingem Forest”dən “Mançester Siti”yə (116 milyon funt sterlinq), Bredli Barkolanın PSJ-dən “Liverpul”a (107 milyon funt sterlinq) və Sandro Tonalinin “Nyukasl”dan “Tottenhem”ə (101 milyon funt sterlinq) transferləri olub.
Transferlərə 458 milyon funt sterlinq sərf edən “Mançester Siti” sıralamada birincidir.


