"Neftçi"nin "Zirə" ilə matçının biletləri 2 AZN-dən satışa buraxıldı
Noyabrın 27-də Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır.
Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.
Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Şimal 1, Şimal 2, Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Xatırladaq ki, “Palms Sports Arena”da baş tutacaq matç saat 19:00-da start götürəcək.

