"Neftçi"dən sonra klubsuz qalan forvard Bolqarıstanda oynayacaq

"Neftçi"dən sonra klubsuz qalan forvard Bolqarıstanda oynayacaq

2024-cü ilin noyabrında "Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalan Andre Şinyaişiki özünə yeni iş yeri tapıb.

Mediasport.com.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Bolqarıstanda davam etdirəcək.

27 yaşlı forvard Yüksək Liqa təmsilçisi "Arda"ya keçib. Krjaali təmsilçisi ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Şinyaşiki 2023-2024-cü illərdə "Neftçi"də 32 oyuna 4 qolla yadda qalıb.