Məşhur Qarabağ atları Respublika stadionunda dövrə vuracaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyunu öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.
"Mediasport" xəbər verir ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq.
Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.
Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək və azarkeşləri üçün əsl motivasiya mənbəyinə çevriləcək.
Bundan başqa, qarşılaşmadan əvvəl azarkeşlər üçün “Azərsun Holdinq” xüsusi fan zona təşkil edəcək.
Saat 18:00-dan etibarən burada müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.