Zəkiyev bürünc medal qazandı

 Zəkiyev bürünc medal qazandı

Azərbaycanın paracüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev növbəti uğurunu Misirin İsgəndəriyyə şəhərində təşkil olunan Qran-pri turnirində əldə edib.

"Mediasport" xəbər verir ki, J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində yarışan 46 yaşlı dünya və Avropa çempionu bürünc medal qazana bilib.

O, medal görüşündə qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.