Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat aldı

 Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat aldı

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.