Roman Qriqorçuk 1-ci Liqa klubunun baş məşqçisi oldu

Roman Qriqorçuk 1-ci Liqa klubunun baş məşqçisi oldu

"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri başa çatıb.

"Mediasport" xəbər verir ki, son olaraq ötən il vətənində LNZ-ni çalışdırmış ukraynalı "Çernomoreç"lə anlaşıb.

Odessa təmsilçisi 61 yaşlı mütəxəssislə 1+1 illik müqavilə bağlayıb.

Onun qarşısına yenidən Premyer Liqada yarışmaq hədəfi qoyulub.

"Dənizçilər" hazırda 16 komandalı Ukrayna 1-ci Liqasında 18 turdan sonra 38 xalla 3-cü sırada qərarlaşıblar və lider "Bukovina"dan 10 xal geri qalırlar.

Xatırladaq ki, Qriqorçuk 2014-2018-ci illərdə rəhbərlik etdiyi "Qəbələ"də uğuru nəticələrlə yadda qalsa da, 2024-cü ilin iyununda baş məşqçi qoyulduğu "Neftçi"dən 4 ay sonra istefaya göndərilib.