"Turan Tovuz"da yeni müqavilə

 "Turan Tovuz"da yeni müqavilə

"Turan Tovuz" Roderik Millerlə müqavilə müddətini artırıb.

"Mediasport" xəbər verir ki, panamalı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanıb.

2022/2023 mövsümündən "Turan Tovuz"da oynayan Miller 58 matça çıxıb, 10 qol vurub.

Qeyd edək ki, Panama millisinin də şərəfini qoruyan müdafiəçinin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.