"Liverpul" və "Real"ın əfsanəvi futbolçusu "Qarabağ"ı tənqid etdi
"Mən bu komandanın (“Qarabağ”ı nəzərdə tutur-red.) nə oyun oynadığını bilmirəm. Bu, evdə “Ayntraxt”ı və ya səfərdə “Benfika”nı məğlub edən komandaya oxşamır".
"Mediasport" xəbər verir ki, bu sözləri "Liverpul"və "Real"ın əfsanəvi futbolçularından olmuş Stiv Makmanaman deyib.
Hazırda "TNT Sports" kanalında şərhçi işləyən İngiltərə milli komandasının keçmiş futbolçusu Azərbaycan çempionunun "Nyukasl Yunayted"lə görüşünü şərh edib.
O, təmsilçimizin özünə bənzəmədiyini bildiirb:
"Futbolçular bu oyunda özünü başqası kimi qələmə verən bir qrup şəxsə bənzəyirdilər. Hesab 10:0 da ola bilərdi, hətta 10:0 olmalı idi. Harvi Barns özü het-trik edə bilərdi".
Qeyd edək ki, Qurban Qurbanovun komandası Çempionlar Lqiasının pley-off mərhələsinin ilk oyununda Bakıda "Nyukasl"a 1:6 hesabı ilə uduzub.
