Azərbaycanın bu klubu 30 ildən sonra fəaliyyətini bərpa etdi - FOTO
 
                                Azərbaycanda daha bir klub fəaliyyətini bərpa edib.
"Mediasport" xəbər verir ki, söhbət "İnşaatçı Bakı"dan gedir.
Paytaxt təmsilçisi martın 8-də başlanacaq AFFA Region Liqasında çıxış edəcək. Bu barədə məlumatı tanınmış məşqçi Adil Mahmudov paylaşıb.
Qeyd edək ki, 1935-ci ildə yaradılan klub ilk Azərbaycan Kubokunun qalibidir.
Paytaxt təmsilçisi 1992-ci ildə Mingəçevir təmsilçisi "Kür"ü məğlub edərək bu titula sahib çıxmışdı.
Klub 1995-ci ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmışdı.


 
                        
 
    
             
    
             
    
             
         
         
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
