Millimiz Tacikistana yollandı
Sabah Tacikistanda stolüstü tennis üzrə "Prezident Kuboku" turnirinə start veriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycanı Düşənbədə 6 idmançı təmsil edəcək.
Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov, Hilal Həsənov mübarizə aparacaqlar.
Xatırladaq ki, turnir 3 gün davam edəcək və mayın 24-də başa çatacaq.


