Onur Quluzadə Türkiyədə beynəlxalq yarışda 3-cü yeri tutdu

 Onur Quluzadə Türkiyədə beynəlxalq yarışda 3-cü yeri tutdu

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində uğurla çıxış edib.

Mediasport.com.az xəbər verir ki, gənc idmançı bürünc medal qazanıb.

O, U-17 yaş qrupunda yarımfinala yüksəlsə də, iranlı Benyamin Fərəciyə 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.

Təmsilçimiz sabah Yağmur Məmmədli ilə U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında final görüşü keçirəcək.