Millimiz Avropa çempionatında ikinci matçında da bərabərə qaldı

Millimiz Avropa çempionatında ikinci matçında da bərabərə qaldı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyunu keçirilib.

"Mediasport" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komandamız Litva yığması ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərində baş tutan görüşdə qapılara qol vurulmayıb.

Xatırladaq ki, U-17 daha əvvəl qrupda meydan sahibi Bolqarıstan yığması ilə bərabərə qalıb (1:1).

Millimizin son matçı martın 30-da Malta seçməsinə qarşı olacaq.