Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə yollarını ayırdı

2024-cü ilin iyulunda Polşanın Yüksək Liqa klubu "Radomiak"la müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Radom təmsilçisindən ayrılıb.
"Mediasport" xəbər verir ki, son 10 oyunda adı matçların iştirak ərizəsinə salınmayan müdafiəçi Azərbaycana qayıdıb.
Onun iki illik anlaşmaya qarşılıqlı razılıqla xitam verdiyi bildirilir.
Xatırladaq ki, bu mövsüm liqada 12 oyunda forma geyinən 29 yaşlı futbolçu "Radomiak"a Ekstraklasanın digər təmsilçisi LKS-dən transfer edilmişdi.