Elvinin ardınca Toral Bayramov da millinin heyətindən çıxarıldı

 Elvinin ardınca Toral Bayramov da millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.

Xatırladaq ki, iki gün əvvəl Elvin Cəfərquliyev də yüksək qızdırma səbəbindən düşərgəni tərk edib.

Azərbaycan yığması sabah DÇ-2026-nın seçmə qrup mərhələsinin son oyunu çərçivəsində Bakıda Fransa futbolçularını qəbul edəcək.