Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində

 Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində

Azərbaycanlı minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat alıb.

"Mediasport" xəbər verir ki, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət təmsilçisi arasında yer alıb.

Mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa çempionatında Azərbaycanın minifutbol yığması da çıxış edəcək.

Komandamız F qrupunda Fransa, İtaliya və Avstriya seçmələri ilə mübarizə aparacaq.