"Neftçi"nin sabiq baş məşqçisi 21-ci dəfə komandasını dəyişdi

"Neftçi"nin sabiq baş məşqçisi 21-ci dəfə komandasını dəyişdi

2023/2024-cü illər mövsümündə “Neftçi”nin baş məşqçisi olmuş Miodraq Bojoviç növbəti dəfə klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, monteneqrolu mütəxəssis İranın "İstiqlal" (Xuzistan) komandasından ayrılıb.

56 yaşlı çalışdırıcı klubun maliyyə şərtlərini yerinə yetirmədiyini əsas gətirərək müqaviləyə birtərəfli xitam verib.

Bojoviç Tehranın eyniadlı klubu ilə 6 aylıq müqavilə bağlayıb.

Bu, 2000-ci ildən məşqçilik edən Bojoviçin karyerasında 22-ci klubu olub.